...

YUNESKO-nun baş direktoru İrina Bokova Qəbələdə "Gilan" piano fabriki ilə tanış olub

Siyasət Materials 30 İyul 2010 14:35 (UTC +04:00)
Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 30-da Qəbələ şəhəri çərçivəsində "Gilan" piano fabriki ilə tanış olub. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
YUNESKO-nun baş direktoru İrina Bokova Qəbələdə "Gilan" piano fabriki ilə tanış olub

Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 30-da Qəbələ şəhəri çərçivəsində "Gilan" piano fabriki ilə tanış olub. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

1901-ci ildə İohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir. 2008-ci ilin fevralında yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası ortaya çıxıb və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki "Gilan" fabrikində istehsal olunur.

YUNESKO-nun baş direktoru fabrikdə istehsal prosesinin mərhələlərini izləyib.

Regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda müəssisədə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yədək çatdırılacaq.
Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var. Ərazidə əsaslı abadlıq işləri aparılıb.
YUNESKO-nun baş direktoru müəssisədə istehsal olunan pianolara baxıb.

Xəbər lenti

Xəbər lenti