Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, hərbçilərimiz avqustun 9-dan 13-dək Türkiyədə xüsusi maneəli marşrut üzrə komanda kursunda iştirak edəcəklər.
Hərbçilərimiz avqustun 9-dan 12-dək Bakıda keçiriləcək birləşmiş komandanlıq və baş qərargah kursunda, Azərbaycan-ABŞ iş planına əsasən, avqustun 9-dan 13-dək desant əməliyyatları mövzusunda seminara qatılacaqlar.
Avqustun 10-dan 16-dək ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı, avqustun 9-dan 12-dək Çexiya Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi Azərbaycana səfər edəcək.