...

Gürcüstanda Avqust müharibəsi qurbanlarının xatirə həftəsi başlayıb

Siyasət Materials 5 Avqust 2010 14:38 (UTC +04:00)
Bu gün Gürcüstanda 2008-ci il avqust müharibəsi qurbanlarının xatirə həftəsi başlayıb. Bu tədbirin "Prime Time" qəzetindən olan təşəbbüskarları Tbilisidəki mətbuat konfransında bəyan ediblər ki, həftənin rəmzi qırmızı lalə olacaq.
Gürcüstanda Avqust müharibəsi qurbanlarının xatirə həftəsi başlayıb

Gürcüstan, Tbilisi, 5 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanda 2008-ci il avqust müharibəsi qurbanlarının xatirə həftəsi başlayıb. Bu tədbirin "Prime Time" qəzetindən olan təşəbbüskarları Tbilisidəki mətbuat konfransında bəyan ediblər ki, həftənin rəmzi qırmızı lalə olacaq.

Həftə çərçivəsində müxtəlif tədbirlər, o cümlədən, bu qəzetin çap etdirdiyi "Qəhrəmanlar" kitabının təqdimatı keçiriləcək. Orada müharibədə həlak olan gürcü hərbçilərindən danışılır. Kitabda 170 əhvalat toplanıb.

Bəzi nəşrlər görmə qabiliyyətindən məhrum olanlar üçün buraxılıb.

Həftədə ictimaiyyət nümayəndələri, müxtəlif ixtisas sahibləri iştirak edəcəklər.

Dünən Prezident və Gürcüstan Patriarxı Gürcüstanın Müdafiə Nazirliyinin Muxatgver qardaş qəbiristanlığında tikilən yeni kilsəyə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti