...

Bakı şəhər sakinini girov götürən qardaşlar tutulub

Siyasət Materials 7 Avqust 2010 14:15 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin internet-saytının şənbə günü yaydığı məlumata görə, avqustun 6-da Səbail rayonu ərazisində yaşayan Ramin Mirzəyev polisə zəng edərək, onunla birgə yaşayan qardaşı Bəxtiyarın 3 min 400 manat borcu olduğuna görə, iki nəfər tərəfindən Hövsan qəsəbəsi ərazisində girov saxlanılması barədə məlumat verib.
Bakı şəhər sakinini girov götürən qardaşlar tutulub

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər sakinini girov götürən qardaşlar tutulub.

Daxili İşlər Nazirliyinin internet-saytının şənbə günü yaydığı məlumata görə, avqustun 6-da Səbail rayonu ərazisində yaşayan Ramin Mirzəyev polisə zəng edərək, onunla birgə yaşayan qardaşı Bəxtiyarın 3 min 400 manat borcu olduğuna görə, iki nəfər tərəfindən Hövsan qəsəbəsi ərazisində girov saxlanılması barədə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bəxtiyarı girov saxlamış İnqilab, İntiqam və Ramin Babayev qardaşları tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti