...

Azərbaycan MSK-sı ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 11 Avqust 2010 17:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan MSK-sı ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

MSK-nın mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

MSK sədri seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və seçki prosesində iştirak edəcək digər subyektlərin maarifləndirilməsi prorqamının davam etdirildiyini bildirib; avqustun ikinci yarısından etibarən, bu sahədə görülən işlərin intensivləşəcəyini diqqətə çatdırıb. O bildirib ki, qeyd olunan dövrdə, televiziyalarda seçki hüququ ilə bağlı maarifləndirici verilişlər hazırlanaraq efirə veriləcək, dövri nəşrlərdə də bu səpkili materiallar çap etdiriləcək.

Bundan əlavə, yaxın vaxtlarda cənab Prezidentin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq, dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar təşkil ediləcək.
Görüşdə ATƏT-in Bakı ofisi ilə birgə keçiriləcək tədbirlər barədə də müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti