...

Gürcüstanın dövlət naziri Marneulidə bərpa olunmuş Azərbaycan məktəbinin açılışında iştirak edəcək

Siyasət Materials 12 Avqust 2010 11:09 (UTC +04:00)
Bu gün Gürcüstanın, əsasən, azərbaycanlıların məskunlaşdıqları Marneuli şəhərində ən son avadanlıqlarla təchiz olunmuş Azərbaycan məktəbi açılacaq. Baş nazirin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin aparatından Trend-ə bildiriblər ki, o, bu gün həmin tədbirdə iştirak edəcək.
Gürcüstanın dövlət naziri Marneulidə bərpa olunmuş Azərbaycan məktəbinin açılışında iştirak edəcək

Gürcüstan, Tbilisi, 12 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanın, əsasən, azərbaycanlıların məskunlaşdıqları Marneuli şəhərində ən son avadanlıqlarla təchiz olunmuş Azərbaycan məktəbi açılacaq. Baş nazirin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin aparatından Trend-ə bildiriblər ki, o, bu gün həmin tədbirdə iştirak edəcək.

Dövlət nazirinin bəyan etdiyi kimi, Gürcüstan hakimiyyəti üçün regionların və ilk növbədə, məktəblərin inkişafı çox vacibdir. "Biz "Potyomkin kəndləri" tikmirik və bütün Gürcüstanın eyni səviyyədə inkişafına çalışırıq", - o qeyd edib.

Yakobaşvili hesab edir ki, bütün Gürcüstandakı uşaqlar təhsil almaq üçün eyni imkanlara malik olmalıdırlar. "Buradan çıxış edərək biz regionlarda məktəblərin abadlaşdırılmasına böyük önəm veririk", - o bildirib.

Xəbər lenti

Xəbər lenti