...

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 16 Avqust 2010 17:11 (UTC +04:00)
Rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olub, - məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olub, - məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları, Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti