...

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası üzvlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Siyasət Materials 25 Avqust 2010 12:01 (UTC +04:00)
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) üzvlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası üzvlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA) üzvlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

"Sentyabrın 20-də Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Senatının və Azərbaycan Milli Məclis Aparatı rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Ramil Həsənov bildirib.

TÜRK PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin ortalarında yaradılıb.

Həsənov deyib ki, Bakı görüşü 2011-ci ilin martında Astanada keçiriləcək TÜRK PA-nın plenar sessiyasına hazırlıqla bağlıdır.

Xəbər lenti

Xəbər lenti