...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq

Siyasət Materials 30 Avqust 2010 15:50 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir. Bu barədə bazar ertəsi Trend-ə MSK-nın mətbuat xidmətindən məlumat veriblər.

Dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulmuş kurslar sentyabrın 1-dən 3-dək regionlarda keçiriləcək. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər.

Bundan öncə avqustun 23-dən 27-nə qədər paytaxt Bakıda bu cür kurslar keçirilib. Kurslar Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar keçirilir.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti