...

Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib

Siyasət Materials 6 Sentyabr 2010 19:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Braziliyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Braziliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda deyilir.

İlham Əliyev Luis İnasiu Lula da Silvaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Braziliya xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti