...

Elmar Məmmədyarov Norveç və Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin surətini qəbul edib (FOTO)

Siyasət Materials 8 Sentyabr 2010 16:16 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberqi qəbul edib.
Elmar Məmmədyarov Norveç və Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin surətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erlinq Skjonsberqi qəbul edib. Məlumatı çərşənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

Etimadnaməsinin surətini təqdim edən Skjonsberq ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Norveç-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir ölkəmizə səfir təyin olunması münasibətilə norveçli diplomatı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Həmin gün Məmmədyarov Latviya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisi də qəbul edib.

Etimadnaməsinin surətini təqdim edən Baumanis ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan səfir Latviya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Xəbər lenti

Xəbər lenti