...

Azərbaycanın Qazaxıstandakı səfiri etimadnaməsini dövlət başçısına təqdim edib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2010 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov bu gün etimadnaməsini Prezident Nursultan Nazarbayevə təqdim edib.

"Azərbaycan Xəzərdə qonşumuzdur. Onu bizimlə təkcə tarixi keçmiş deyil, strateji tərəfdaşlıq əsasında qurulan həm iqtisadi, həm də mədəni sahələrdə sıx dostluq münasibətləri bağlayır", - Qazaxıstan Prezidenti Nursultan Nazarbayev etimadnamənin təqdimatından sonra bildirib.

"Biz əldə etdiklərimizi yaxşılaşdırmalı və inkişaf etdirməliyik. Ölkənizdə olduğunuz müddətdə bu məqsədlərə çatmaq üçün bütün gücümü sərf edəcəyəm", - səfir Zakir Həşimov brifinq zamanı qazaxıstanlı jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti