...

Mixail Saakaşvili Əfqanıstandakı missiyanı Gürcüstan üçün vacib sayır

Siyasət Materials 13 Sentyabr 2010 20:58 (UTC +04:00)
Mixail Saakaşvili Əfqanıstandakı hərbi missiyanı Gürcüstan üçün vacib sayır.
Mixail Saakaşvili Əfqanıstandakı missiyanı Gürcüstan üçün vacib sayır

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Mixail Saakaşvili Əfqanıstandakı hərbi missiyanı Gürcüstan üçün vacib sayır.

"Əfqanıstan kontekstdən qoparılmış missiya deyil. Bu, Gürcüstan üçün çox vacib missiyadır", - bu bəyanatı Gürcüstan Prezidenti Mixail Saakaşvili bazar ertəsi Kutaisidə Kadet korpusunun açılış mərasimində verib.

"Ölkə ərazisinin işğal altında olduğu bir zamanda, hansı Əfqanıstan missiyasından danışmaq olar" deyə irad tuturlar. Mən onlara demək istəyirəm ki, məhz Gürcüstanın ərazisi işğal olunduğu üçün bizə döyüş təcrübəsi lazımdır, çünki zabit və əsgərlərimiz çoxlu yeniliklərə yiyələnsinlər və müasir texnikanı daha yaxından öyrənsinlər", - o bildirib.

Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr çərçivəsində 900-dən çox gürcü hərbçi xidmət edir. Kabildə bir bölük (175 hərbi qulluqçu) Fransanın məsuliyyət daşıdığı ərazidə yerləşdirilib, tabor isə ABŞ-ın məsuliyyət daşıdığı zonada - Qilmend əyalətində dislokasiya edilib.

Xəbər lenti

Xəbər lenti