...

Haaqa Beynəlxalq Məhkəməsi gürcü tərəfini dinləyəcək

Siyasət Materials 14 Sentyabr 2010 20:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Haaqada bu gün 2008-ci il Gürcüstan müharibəsi ilə bağlı dinləmələr davam edəcək.

Bu gün Haaqadakı Beynəlxalq Məhkəmə gürcü tərəfinin nümayəndələrini dinləyəcək. Prosesin təşəbbüskarı Gürcüstandır. Gürcüstan Haaqa Məhkəməsinə Rusiya əlyehinə iddia ilə çıxış edərək onu Abxaziya və Cənubi Osetiyanın Sxinvali regionunda irqi ayrı-seçkilikdə, təcavüzdə və etnik təmizləmədə günahlandırıb.

Gürcüstan tərəfi bu gün ötən əsrin 90-cı illərindən gürcülərin mütəmadi təqib olunmasını sübut edən bir neçə sənədi təqdim etmək niyyətindədir. Moskva bu ittihamlarla razı deyil.

Rusiya Gürcüstanın bütün sübut və dəlillərinə 2010-cu il sentyabrın 17-də cavab verəcək.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti