...

MDB-nin baş prokurorları terrorizm və ekstremizmlə mübarizə məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 14 Sentyabr 2010 14:32 (UTC +04:00)
Çərşənbə günü Moskvada Müstəqil Dövlətlər Birliyi üzv-dövlətlərinin baş prokurorlarının Koordinasiya Şurasının iclası zamanı terrorizm və ekstremizmlə, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın qarşısının alınması ilə mübarizə məsələləri müzakirə ediləcək.
MDB-nin baş prokurorları terrorizm və ekstremizmlə mübarizə məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Moskvada Müstəqil Dövlətlər Birliyi üzv-dövlətlərinin baş prokurorlarının Koordinasiya Şurasının iclası zamanı terrorizm və ekstremizmlə, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın qarşısının alınması ilə mübarizə məsələləri müzakirə ediləcək.

Rusiyanın baş prokuroru Yuri Çaykanın sədrliyi ilə keçəcək iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynanın baş prokurorlarının müavinləri iştirak edəcəklər. Bu barədə Trend-ə İcraiyyə Komitəsindən bildiriblər.

Bundan başqa, Müstəqil Dövlətlər Birliyinə üzv-dövlətlərin baş prokurorlarının Koordinasiya Şurasının sədri və icraçı-katibi də seçiləcək.

Xəbər lenti

Xəbər lenti