...

Tehranda Azərbaycan və İran sərhəd qurumlarının 5-ci müştərək iclası keçiriləcək

Siyasət Materials 14 Sentyabr 2010 13:31 (UTC +04:00)

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 15-də İrana səfər edəcək. Quliyev İran və Azərbaycan sərhədçilərinin müştərək iclasında iştirak edəcək. Bunu İran Sərhəd Polisinin beynəlxalq əlaqələr üzrə şöbəsinin rəhbəri Həsən Mömini deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.

Möminin sözlərinə görə, Tehranda iki ölkənin sərhəd idarələrinin 5-ci iclası keçiriləcək.

İclasda sərhədlərin mühafizəsinin gücləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı, qaçaqmalçılığa qarşı mübarizə, çayların məcrasının dəqiqləşdirilməsi məsələləri müzakirə olunacaq. İkitərəfli əməkdaşlığın inkişafına dair protokolların imzalanması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti