...

Azərbaycanın ədliyyə naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 14 Sentyabr 2010 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çərşənbə axşamı ölkəmizdə səfərdə olan Dünya Bankının vitse-prezidenti Filip Le Ueru ilə görüşüb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dünya Bankının ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayan nazir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çox yüksək iqtisadi inkişaf sürətinə nail olduğunu bildirib.

Məmmədov məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar, o cümlədən vətəndaşların hüquqlarının etibarlı təmin edilməsi və əhalinin müraciət imkanlarının artırılması üçün yeni regional məhkəmələrin yaradılmasını, inzibati ədliyyənin formalaşdırılmasını, hakimlərin sayının iki dəfə artırılmasını və digər mütərəqqi tədbirləri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti