...

Azərbaycan və İran arasında sərhədlər təhlükəsizdir – İran Dövlət Sərhəd Xidmətinin rəhbəri

Siyasət Materials 16 Sentyabr 2010 15:24 (UTC +04:00)
Azərbaycan və İran arasında sərhədlər təhlükəsizdir.
Azərbaycan və İran arasında sərhədlər təhlükəsizdir – İran Dövlət Sərhəd Xidmətinin rəhbəri

Azərbaycan və İran arasında sərhədlər təhlükəsizdir. Bu barədə İran Dövlət Sərhəd Xidmətinin rəhbəri Hüseyn Zülfüqari öz azərbaycanlı həmkarı Elçin Quliyevlə birgə mətbuat konfransında deyib. Xəbəri "Fars" informasiya agentliyi yayıb.

Zülfüqarinin sözlərinə görə, İran və Azərbaycan sərhədçilərinin beşinci birgə iclasında hər iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlər barədə müzakirələr aparılıb və problemlərin həlli üçün vətəndaşların, ilk növbədə, məsələyə baxmalı olan öz ölkələrinin xidmətlərinə müraciət etmələri haqqında qərar qəbul edilib.

İclasda yeni sərhəd keçid-məntəqələrinin açılması, transsərhəd çaylarla bağlı problemlərin həlli üçün texniki komitələrin yaradılması, xidmət nümayəndələrinin görüşlərinin sayının artırılması və ildə iki dəfə iclasların keçirilməsi, iki ölkə xidmətləri arasında fəaliyyətin əlaqələndirilməsi üçün telefon rabitəsinin qurulması haqqında məsələlər də müzakirə edilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev bildirib ki, Azərbaycan tərəfi İranla sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün əlidən gələni edəcək və sərhədlərin qanunsuz keçilməsinin qarşısının alınması üçün tədbirlər görəcək.

Sentyabrın 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti İrana səfərə yola düşüb.

Xəbər lenti

Xəbər lenti