...

İranda Bəhayi icmasının üzvləri üçün həbs müddəti 10 il azaldılıb

Siyasət Materials 18 Sentyabr 2010 11:24 (UTC +04:00)
Bəhayi beynəlxalq birliyinə məlum olub ki, bəhayi icmasının yeddi üzvünün maraqlarını müdafiə edən vəkillər dünən şifahi formada müdafiə etdikləri şəxslər barəsində çıxarılan 20 illik həbs müddətinin 10 il azaldılması barədə məlumatlandırılıblar. Bu barədə icmanın rəsmi məlumatında deyilir.
İranda Bəhayi icmasının üzvləri üçün həbs müddəti 10 il azaldılıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir T.Konyayeva/

Bəhayi beynəlxalq birliyinə məlum olub ki, bəhayi icmasının yeddi üzvünün maraqlarını müdafiə edən vəkillər dünən şifahi formada müdafiə etdikləri şəxslər barəsində çıxarılan 20 illik həbs müddətinin 10 il azaldılması barədə məlumatlandırılıblar. Bu barədə icmanın rəsmi məlumatında deyilir.

Məhbuslar - Fəribə Kamalabadi, Cəmaləddin Xancani, Afif Nəimi, Səid Rezayi, Məhvəş Sabet, Bəhruz Təvəkküli və Vahid Tizfəhm İranda Bəhai milli əlaqələndirmə qrupunun üzvləridirlər. Bu, hökumətin icazəsi ilə 300 min nəfərdən ibarət icmaya kömək üçün yaradılan qeyri-formal orqandır.

Yeddi liderin altı dəfə qısa gəlişləri ilə keçirilən məhkəmə bu il yanvarın 12-də başlayıb. Məhkəməyə qədər onlar 20 ay heç bir ittiham sürülmədən Evin zindanında saxlanılıblar. Bu vaxt ərzində vəkilləri onların yanına yalnız bir dəfə bir saatlığa buraxılıblar. Proses iyunun 14-də başa çatıb.

Müttəhimlərə qarşı digər ittihamlarla yanaşı, islam qaydalarına qarşı yönəlmiş fəaliyyətin təbliği və qanunsuz administrasiyanın yaradılması ittihamı da irəli sürülüb. Həbs olunmuş bəhayilər bütün ittihamları tamamilə və qəti şəkildə rədd ediblər.

Hökm çıxarıldıqdan sonra onlar müvəqqəti saxlandıqları Göhərdəşt zindanından Kərəcə köçürülüblər.

Çıxarılan hökm bütün dünyada, o cümlədən, Avstraliyada, Kanadada, Fransada, Almaniyada, Niderlandda, Yeni Zellandiyada, Böyük Britaniyada və ABŞ-da kütləvi etirazlarla qarşılanıb. Avropa İttifaqı və Avropa Parlamentinin prezidenti də insan haqları üzrə çoxsaylı təşkilatlarla, digər qrup və nəhəng sayda insanlarla yanaşı, etirazlara qoşulublar.

Xəbər lenti

Xəbər lenti