...

İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 18 Sentyabr 2010 01:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alınıb ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əlizadə Fuad Telman oğlu - Sumqayıt Musiqi Kollecinin tələbəsi

Həsənov Kamil Sənan oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 №-li Uşaq Musiqi Məktəbinin şagirdi

Hüseynova Nərgiz Ələkbər qızı - Bakı şəhər Qara Qarayev adına 8 №-li Uşaq Musiqi Məktəbinin şagirdi

Mayılov Kənan Eldəniz oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi

Nəcəfzadə Minirə İlham qızı - Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi

Ömərli Kamran İmran oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi

Yunusov İsmayıl Səbuhi oğlu Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Xəbər lenti

Xəbər lenti