Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E. Tarıverdiyeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb. Sessiya sentyabrın 23-də Nyu-Yorkda açılacaq. Bu barədə bazar ertəsi Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, nazirin ABŞ-a səfər proqramı dəqiqləşdirilir.
Bundan əvvəl ATƏT MQ-nin amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində bildirmişdi ki, Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-da sentyabrın 20-dən sonra görüşəcəklər.