Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının Simulyasiya Mərkəzində bazar ertəsi Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları hərbi qulluqçularının iştirakı ilə "ETERNITY- 2010" kömpüter dəstəkli komanda-qərargah təliminə start verilib, bu təlim 10 ildən artıqdır növbəli prinsiplə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarında keçirilir.
"Bu təlim 10 ildən artıqdır növbəli prinsiplə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarında keçirilir" bunu təlimin açılış mərasimində Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov müdafiə naziri Səfər Əbiyevin adından qonaqları salamladıqdan sonra bildirib, məlumatı Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.
Sentyabrın 20-dən 23-nə qədər davam edəcək "ETERNITY- 2010" kömpüter dəstəkli komanda-qərargah təlimində Türkiyəni 12, Gürcüstanı 12, Azərbaycanı isə 20 nümayəndə təmsil edir.