...

Rəsmi Aşqabad Xəzərdə həll edilməyən məsələlərə siyasi don geyindirilməsi əleyhinədir – Prezident Qurbanqulu Berdiməhəmmədov

Siyasət Materials 20 Sentyabr 2010 15:16 (UTC +04:00)
Türkmənistan "Xəzərdə həll edilməyən məsələlərə siyasi don geyindirilməsi əleyhinə prinsipial şəkildə" çıxış edir.
Rəsmi Aşqabad Xəzərdə həll edilməyən məsələlərə siyasi don geyindirilməsi əleyhinədir – Prezident Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 20 sentyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan "Xəzərdə həll edilməyən məsələlərə siyasi don geyindirilməsi əleyhinə prinsipial şəkildə" çıxış edir. Bu barədə Türkmənistan KİV-ə müsahibəsində ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

"Xəzər dənizinin dərinliyinin və təbii ehtiyatlarının ayrılması - müstəsna olaraq hüquqi meydanda və beynəlxalq normalara uyğun həll edilən hüquqi problemdir", - Prezident bildirib. Türkmən mətbuatı onun dediklərinə istinad edərək bazar ertəsi məlumat yayıb.

Türkmənistan rəhbəri diqqəti buna yetirib ki, Aşqabad onu (problemi) Xəzəryanı hər bir ölkə ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə, perspektivli nəqliyyat, enerji, gəmiqayırma layihələrində, dəniz daşımaları, rabitə və kommunikasiya sahələrində əməkdaşlığın fəal və çoxplanlı inkişaf etdiyi münasibətdən kənara çıxarır.

"Biz bu əməkdaşlığı yalnız artırmaq və genişləndirmək niyyətindəyik, o, ümumi maraqlara cavab verir, Xəzəryanı dövlətlərin xalqlarının inkişafı və rifahı üçün əla imkanlar açır".

Onun fikrincə, beş sahilyanı dövlətin hər biri Xəzər hövzəsinin strateji region olmasını və burada bütöv əməkdaşlığın qurulmasını, onların uzunmüddətli maraqlarına cavab verdiyini başa düşür.

"Danışıqlar prosesi məhz bu ümumi məxrəcin üstündə qurulur. Siyasi terminlərlə desək, mən onun xarakterinin konstruktiv olduğunu bildirərdim. Danışıq iştirakçıları bir-birinin fikrinə hörmətlə yanaşırlar, ifadə olunan narahatlıqları anlayırlar. Əlbəttə, yanaşmalarda fərqlər var, lakin onlar ölkələrimiz arasında qarşılıqlı münasibətlərin ümumi atmosferinə təsir edə biləcək başlıca amillər deyil".

Berdiməhəmmədov qeyd edib ki, "Türkmənistanın Xəzərin hüquqi statusu məsələsində mövqeyi çox ölçülüb-biçilən və məsuliyyətlidir, biz tərəfdaşlarla konstruktiv dialoq, hörmət və bərabərhüquqluluq baxımından, müxtəlif formatlarda qarşılıqlı fəaliyyətin davam etdirilməsi niyyətindəyik".

Türkmənistan Xəzəryanı ölkələrin 2002-ci ilin baharında Aşqabadda keçirilən ilk sammitinin təşəbbüskarı olub. Növbəti sammitin Bakıda keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti