...

İrlandiya ATƏT-də sədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz təcrübəsini tətbiq edə bilər – XİN rəhbəri Mixael Martin

Siyasət Materials 21 Sentyabr 2010 09:00 (UTC +04:00)
2012-ci ildə ATƏT-ə qarşıdakı sədrliyi zamanı İrlandiya Respublikası təşkilatının hazırkı sədri, Qazaxıstan kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşdırılması üçün mümkün olan hər şeyi edəcək. İrlandiya xarici işlər naziri Mixail Martin (Micheal Martin) belə hesab edir.
İrlandiya ATƏT-də sədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz təcrübəsini tətbiq edə bilər – XİN rəhbəri Mixael Martin

İrlandiya, Dublin, 20 sentyabr /Trend, xüsusi müxbir Y.Ostapenko/

2012-ci ildə ATƏT-ə qarşıdakı sədrliyi zamanı İrlandiya Respublikası təşkilatının hazırkı sədri, Qazaxıstan kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşdırılması üçün mümkün olan hər şeyi edəcək. İrlandiya xarici işlər naziri Mixail Martin (Micheal Martin) belə hesab edir.

"Münaqişənin nizamlanması məsələsində təcrübəmizi nəzərə alaraq hesab edirik ki, Dağlıq Qarabağdakı vəziyyətlə uyğunluq təşkil edən prinsiplərin tətbiq olunması fayda verərdi", - nazir Trend-ə bildirib.

İrlandiya (çox vaxt onu Şimali İrlandiya ilə qarışıq salmamaq üçün İrlandiya Respublikası adlandırırlar) Böyük Britaniya Birləşmiş Krallığının tərkibinə daxil olan ərazidir. İrlandiya Birləşmiş Krallıqdan yalnız Birinci Dünya müharibəsindən sonra ərazinin bölünməsi nəticəsində müstəqillik qazanıb.

Şimali İrlandiyada münaqişə mərkəzi Britaniya hakimiyyəti ilə yerli sağçı radikal katoliklər və millətçi təşkilatlar arasında regionun statusu ilə bağlı yaranıb.

Çoxillik qarşıdurma ingilis-irland müqaviləsinin imzalanması ilə başa çatıb. Həmin müqaviləyə görə, İrlandiyanın 32 qraflığından 26-sı Londondan müstəqillik qazanıb, Olster vilayətinin tərkibindəki yerdə qalan altı qraflıq isə Birləşmiş Krallığın tərkibinə daxil edilib.

Bu münaqişə hələ də həll olunmayıb. Baxmayaraq ki, 1998-ci ildə Belfast sazişinin imzalanması ilə o, formal olaraq başa çatmış hesab edilir. Həmin saziş Şimali İrlandiya Assambleyasının yaradılmasını və London Belfastına bir sıra dövlət funksiyalarının verilməsini nəzərdə tutur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Nazir Martinin sözlərinə görə, Şimali İrlandiya və Dağlıq Qarabağdakı vəziyyət fərqlidir, lakin ATƏT-ə sədrlik ərəfəsində vəziyyətin qarşıdakı təhlili İrland nizamlanmasının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə dərəcədə faydalı olacağını daha real göstərəcək.

Xəbər lenti

Xəbər lenti