...

Son vaxtlar ABŞ-da Azərbaycanın nüfuzu nəzərəçarpacaq dərəcədə artıb - politoloq Nikolay Zlobin

Siyasət Materials 21 Sentyabr 2010 14:51 (UTC +04:00)
ABŞ Cənubi Qafqazdakı müstəqil dövlətlərlə, o cümlədən, son vaxtlar Vaşinqton qarşısında nüfuzu artan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Dünya Təhlükəsizliyi İnstitutunun (keçmiş ABŞ Müdafiə Məlumatı Mərkəzi, Vaşinqton) Rusiya və Asiya proqramları direktoru, professor Nikolay Zlobin belə hesab edir.
Son vaxtlar ABŞ-da Azərbaycanın nüfuzu nəzərəçarpacaq dərəcədə artıb - politoloq Nikolay Zlobin

Rusiya, Moskva, 21 sentyabr /Trend, xüsusi müxbir A. Qasımova/

ABŞ Cənubi Qafqazdakı müstəqil dövlətlərlə, o cümlədən, son vaxtlar Vaşinqton qarşısında nüfuzu artan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Dünya Təhlükəsizliyi İnstitutunun (keçmiş ABŞ Müdafiə Məlumatı Mərkəzi, Vaşinqton) Rusiya və Asiya proqramları direktoru, professor Nikolay Zlobin belə hesab edir.

"Azərbaycan son vaxtlar ABŞ üçün, xarici oyunçulardan daha çox, müstəqillik əldə etməklə başqa liqaya keçib", - Zlobin çərşənbə axşamı Moskvada jurnalistlərə deyib.

Onun fikrincə, ABŞ-ı regionda yalnız öz milli mənafeyi maraqlandırır ki, onlardan biri də energetikadır.

"Birləşmiş Ştatlarda əmindirlər ki, onların iştirakının vacib olduğu bir neçə region var ki, Cənubi Qafqaz da ora daxildir", - Zlobin belə hesab edir.

"ABŞ xarici siyasətində bir prinsipdən çıxış edir - biz hara buraxılırıqsa, ora gedirik; nə qədər ki, qovmayıblar, orada qalırıq. Onlar postsovet məkanına azad olunmağa başlandığı vaxtda gəldilər", - Zlobin deyib.

Onun sözlərinə görə, bu gün amerikalıların ən böyük problemi postsovet ölkələri üzrə ekspertlərdir.

Zlobinin sözlərinə görə, ABŞ-da Qafqaz üzrə mütəxəssislər, ümumiyyətlə, olmayıb və onlar nisbətən bu yaxınlarda meydana çıxıblar.

"Bu gün Amerikanın siyasəti region üzrə ekspert olan adamlardan asılıdır. Siyasət onların regionla bağlı baxışlarına uyğun yürüdülür", - Zlobin deyib.

Politoloq ABŞ-ın Azərbaycandakı səfirinin təyinatı məsələsini də şərh edib.

"Birləşmiş Ştatların Azərbaycandakı səfiri kimi Metyu Brayzanın (Matthew Brayza) namizədliyi çərşənbə axşamı, sentyabrın 21-də müzakirə olunacaq", - ABŞ Senatının Xarici əlaqələr komitəsinin saytında bildirilir. İlk dinləmələrdən sonra, komitə erməniyönlü senatorların müqaviməti üzündən Metyu Brayzanın namizədliyi ilə bağlı səsverməni təxirə salaraq sentyabra təyin etdi. ABŞ-ın Bakıdakı səfirinin yeri bundanəvvəlki səfir Enn Dersinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2009-cu ildə onu tərk etməsindən sonra boş qalıb.

Zlobinin sözlərinə görə, Brayzanın təyinatı Ağ evdə qüvvələrin bölüşdürülməsindən asılıdır.

"Metyu Brayza Ağ evdə siyasi çəkişmələrin girovuna çevrilib", - Zlobin bildirib.

Onun fikrincə, "Erməni lobbisi, daha çox öz mövqeyini gücləndirmək və nüfuzunu nümayiş etdirmək məqsədilə Brayzanın Azərbaycanda səfir təyin olunması məsələsinə təsir göstərə bilər", - ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti