...

ABŞ Gürcüstanda islahatları dəstəkləyir və gələcəkdə də bu xətti davam etdirmək niyyətindədir – səfir

Siyasət Materials 21 Sentyabr 2010 19:13 (UTC +04:00)
ABŞ səfiri Con Bas Gürcüstan Prezidenti Mixail Saakaşvilinin BMT Baş Assambleyasında çıxışı zamanı Gürcüstanda xüsusilə təhsil və sosial sahələrdə nəzərəçarpan islahatlara diqqəti yönəltməsini vacib sayır.
ABŞ Gürcüstanda islahatları dəstəkləyir və gələcəkdə də bu xətti davam etdirmək niyyətindədir – səfir

Gürcüstan, Tbilisi, 21 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

ABŞ səfiri Con Bas Gürcüstan Prezidenti Mixail Saakaşvilinin BMT Baş Assambleyasında çıxışı zamanı Gürcüstanda xüsusilə təhsil və sosial sahələrdə nəzərəçarpan islahatlara diqqəti yönəltməsini vacib sayır.

"ABŞ Gürcüstanda islahatları dəstəkləyir və gələcəkdə də bu xətti davam etdirmək niyyətindədir", - Bas jurnalistlərə bildirib.

"Son 6-7 ildə Gürcüstan təhsil və sosial sahələrdə həqiqətən də mühüm addımlar atıb. Biz gələcəkdə də bu ölkə və onun hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik", - ABŞ səfiri qeyd edib.

Xəbər lenti

Xəbər lenti