...

Azərbaycanın Venesiya Komissiyası ilə gələcək əməkdaşlığı Parlament seçkilərinin ədalətli gedişini təmin edəcək – komissiya katibi (FOTO)

Siyasət Materials 25 Sentyabr 2010 14:26 (UTC +04:00)
Noyabrda Azərbaycanda keçiriləcək azad və müstəqil Parlament seçkilərinin keçirilməsi ilə bağlı ümumi məqsədlərə çatmaq üçün Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan hakimiyyəti, o cümlədən, Prezident Aparatı və Ali Məhkəmə ilə apardığı işi birgə davam etdirmək lazımdır. Bu barədə Venesiya Komissiyasının katibi Tomas Markert deyib.
Azərbaycanın Venesiya Komissiyası ilə gələcək əməkdaşlığı Parlament seçkilərinin ədalətli gedişini təmin edəcək – komissiya katibi (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Noyabrda Azərbaycanda keçiriləcək azad və müstəqil Parlament seçkilərinin keçirilməsi ilə bağlı ümumi məqsədlərə çatmaq üçün Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan hakimiyyəti, o cümlədən, Prezident Aparatı və Ali Məhkəmə ilə apardığı işi birgə davam etdirmək lazımdır. Bu barədə Venesiya Komissiyasının katibi Tomas Markert deyib.

O, seçkilərin ədalətli nəticəsinin aydın olması üçün seçkilərin istənilən prosesində Avropanın əməl olunmalı təməl normalarını sadalayıb. Bu prinsiplər sırasında bərabərlik, vahid yanaşma və seçim azadlığı var.

"Mənə elə gəlir ki, hamı bu prinsiplərin mübahisəsiz olması ilə razıdır, lakin prosesin içinə daxil olanda və bu prinsipləri praktikada tətbiq etməyə çalışanda həmişə çətinliklərlə qarşılaşırsan", - o, şənbə günü Azərbaycanda keçiriləcək Parlament seçkilərinə həsr olunan beynəlxalq konfransda çıxış edərkən deyib. Konfrans Azərbaycan Ali Məhkəməsində Venesiya Komissiyası nümayəndələrinin iştirakı ilə keçirilir.

Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası daha çox onun toplaşdığı Venesiya şəhərinin - Venesiya Komissiyası adı ilə tanınır. Bu təşkilat hüquq sahəsində fikir mübadiləsi üzrə beynəlxalq tanınmış müstəqil forumdur. Komissiyanın tövsiyələri beynəlxalq ictimaiyyət üçün Avropada demokratik standartların etalonu kimi hesab edilir.

Venesiya Komissiyasının missiyası Azərbaycanda noyabrın 7-nə planlaşdırılan Parlament seçkilərinin gedişini müşahidə edəcək. Mərkəzi Seçki Komissiyasına təqdim edilən siyahıya əsasən, respublikada daimi yaşayan seçicilərin sayı beş milyon nəfərə yaxındır.

Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində beş ildə bir dəfə keçirilir.

Markertin sözlərinə görə, növbəti bir neçə həftə ərzində seçkilərdəki namizədlər əhalinin dəstəyini qazanmaq üçün böyük iş görməlidirlər.

Seçkilərin keçirilməsində vacib bəndlərdən biri kimi ərizələrin verilmə sistemi qeyd edilib. Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri və Venesiya Komissiyasının üzvü Yevgeni Tançevin sözlərinə görə, seçkilərdə ATƏT ölkələri üçün vahid qanunvericilk sahəsindəki standartlar tətbiq edilməlidir.

"Bolqarıstan seçkilər sahəsində möhkəm qanunvericilk sisteminin nümunəsi ola bilər", - o deyib.

"1996-cı ildə Bolqarıstanın bütün administartiv məhkəmə və ədliyyə sistemi nəzərdən keçirilib", - Tançev qeyd edib. Ölkədə Prezident və Parlament seçkiləri zamanı bütün fikir ayrılıqlarına indi əvvəlcə Seçki Komissiyasında, sonra isə Konstitusiya Məhkəməsində baxılır.

Xəbər lenti

Xəbər lenti