...

İlham Əliyev Daşkənddə Forumlar sarayı ilə tanış olub (FOTO)

Siyasət Materials 27 Sentyabr 2010 22:49 (UTC +04:00)
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəldilər.
İlham Əliyev Daşkənddə Forumlar sarayı ilə tanış olub (FOTO)

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham ƏliyevÖzbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəldilər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir.

Özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verdi.

FOTO - www.azertag.com

 

Xəbər lenti

Xəbər lenti