...

Yaponiya gələcəkdə də iqtisadi məsələlər və demokratik proseslərdə GUAM ölkələrini dəstəkləmək niyyətindədir – səfir

Siyasət Materials 28 Sentyabr 2010 13:33 (UTC +04:00)
Yaponiya gələcəkdə də azad bazar iqtisadiyyatı məsələsi, həmçinin, demokratik proseslərdə GUAM ölkələrini dəstəkləmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə Yaponiyanın Azərbaycandakı səfiri Masamiçu Oki deyib.
Yaponiya gələcəkdə də iqtisadi məsələlər və demokratik proseslərdə GUAM ölkələrini dəstəkləmək niyyətindədir – səfir

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Konyayeva/

Yaponiya gələcəkdə də azad bazar iqtisadiyyatı məsələsi, həmçinin, demokratik proseslərdə GUAM ölkələrini dəstəkləmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə Yaponiyanın Azərbaycandakı səfiri Masamiçu Oki deyib.

"Biz GUAM çərçivəsində ticari investisiyalar, turizm və bərpa olunan enerji mənbələri ilə bağlı birgə layihələr həyata keçiririk və onların gerçəkləşməsini davam etdirmək niyyətindəyik, çünki GUAM ölkələri bizim üçün strateji tərəfdaş kimi vacibdir", - səfir deyib.

Onun sözlərinə görə,Yaponiya GUAM ölkələrində "azad bazar" iqtisadiyyatının yaradılması, həmçinin, demokratik prosesləri dəstəkləyir və təşkilatla əməkdaşlığı davam etdirir.

GUAM-ın formatı keçmiş sovet ölkələri tərəfindən 1997-ci ildə Strasburqda Avropa Şurası dövlətləri rəhbərlərinin sammitində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd il sonra təşkilatı tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən sammitində GUAM-ın beynəlxalq təşkilat kimi yenilənərək, yeni adla - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-a çevrilməsi haqqında qərar qəbul edilib.

GUAM çərçivəsində GUAM-ABŞ, GUAM-Yaponiya kimi formatlar fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti