...

Azərbaycan XİN rəhbəri NATO-nun mənzil-qərargahında görüş keçirəcək (YENİLƏNİB)

Siyasət Materials 29 Sentyabr 2010 15:33 (UTC +04:00)
Cümə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə - NATO-nun mənzil-qərargahında görüş keçirəcək. Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin rəhbəri Ceyms Appaturay çərşənbə axşamı həftəlik brifinqdə deyib. Məlumatı NATO-nun rəsmi saytı yayıb.
Azərbaycan XİN rəhbəri NATO-nun mənzil-qərargahında görüş keçirəcək (YENİLƏNİB)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İ.Hüseynov/

Cümə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə - NATO-nun mənzil-qərargahında görüş keçirəcək. Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin rəhbəri Ceyms Appaturay çərşənbə axşamı həftəlik brifinqdə deyib. Məlumatı NATO-nun rəsmi saytı yayıb.

"Bu, NATO və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində ənənəvi görüşlərdən biridir. Görüş zamanı alyans və Azərbaycan arasında tərəfdaşlıq və praktiki əməkdaşlıq müzakirə ediləcək", - Appaturay qeyd edib.

Xəbər lenti

Xəbər lenti