...

Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə təqsirli bilinən iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Siyasət Materials 29 Sentyabr 2010 20:27 (UTC +04:00)
Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə şübhəli şəxs kimi saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə təqsirli bilinən iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə şübhəli şəxs kimi saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq qrupunun rəhbəri Asif Behbudov çərşənbə günü Trend-ə bildirib ki, bu gün saat 20:00-da Nəsimi rayon məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər urma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünəməxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə, Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Hadisənin iştirakçısı olmuş Natəvan Şərifova isə CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, iki azyaşlı qızı olduğu üçün başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti