...

Azərbaycanın xalq artistinə hücumla bağlı iş obyektiv araşdırılacaq – Baş prokuror

Siyasət Materials 1 Oktyabr 2010 13:23 (UTC +04:00)
Azərbaycanın xalq artistinə hücumla bağlı iş üzrə obyektiv təhqiqat ararılacaq, - bu barədə cümə günü Baş prokuror Zakir Qaralov jurnalistlərə məlumat verib.
Azərbaycanın xalq artistinə hücumla bağlı iş obyektiv araşdırılacaq – Baş prokuror

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artistinə hücumla bağlı iş üzrə obyektiv təhqiqat ararılacaq, - bu barədə cümə günü Baş prokuror Zakir Qaralov jurnalistlərə məlumat verib.

"Azərbaycan DİN artıq iki dəfə bu işlə bağlı məluamt yayıb və bu faktla bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib", - Qaralov deyib.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünəməxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə, Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Çərşənbə günü Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər urma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin iştirakçısı olmuş Natəvan Şərifova isə CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, iki azyaşlı qızı olduğu üçün başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti