...

NATO-Rusiya münasibətlərinin yaxşılaşması Gürcüstanın təhlükəsizliyinin təminatına da xidmət edir – baş katib

Siyasət Materials 1 Oktyabr 2010 20:33 (UTC +04:00)
Rusiya NATO-nun strateji tərəfdaşı ola bilər ki, bu da Gürcüstanla onun münasibətlərini nizama salacaq.
NATO-Rusiya münasibətlərinin yaxşılaşması Gürcüstanın təhlükəsizliyinin təminatına da xidmət edir – baş katib

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya NATO-nun strateji tərəfdaşı ola bilər ki, bu da Gürcüstanla onun münasibətlərini nizama salacaq. Bu barədə bu gün Tibilisidə NATO-nun baş katibi Anders Foq Rasmussen Gürcüstanın Prezidenti Mixail Saakaşvili ilə birgə mətbuat konfransında bildirib.

"NATO-nun Rusiya ilə əməkdaşlıq prinsipi bizim "açıq qapılar" siyasətimizə zidd deyil, əksinə, onun inkişafına və Avro-atlantik məkanın təhlükəsizlik arxitekturasının yaradılmasına imkan yaradır", - o deyib.

Baş katibin sözlərinə görə, Rusiya ilə münasibətlərin yaxşılaşması Moskva-Tbilisi münasibətlərinin dəyişməsinə gətirib çıxaracaq. "Və biz hesab edirik ki, Brüssel və Moskva arasında münasibətlərin qurulması artıq regionda gərginliyin azalmasına gətirib çıxarıb, bu isə Gürcüstanın təhlükəsizliyini gücləndirir", - o deyib.

Rasmussenin sözlərinə görə, alyans Gürcüstanın ərazi bütövlüyünə sadiqdir və Moskva ilə münasibətlərində bu prinsipdən çıxış edir. "Biz Rusiya ilə münasibətlərdə Gürcüstanın maraqlarını "fəda etmək" niyyətində deyilik, amma biz hesab edirik ki, Rusiya ilə münasibətlərin yaxşılaşması və sülh yollarının tapılması bütovlükdə həm Avropanın, həm də konkret Gürcüstanın təhlükəsizliyinin təmin olunmasına xidmət edir", - o bildirib.

Rasmussen hesab edir ki, Gürcüstan NATO-nun tələb və standartlarına cavab verərsə, alyansın üzvü olacaq.

Gürcüstan Prezidenti bildirib ki, Rusiya ilə qarşıdurma Gürcüstanın NATO-ya səy göstərməsinin nəticəsi olub. "Biz geri çəkilmək və NATO-ya üzv olmaq səyimizdən imtina etmək niyyətində deyilik və bizim üçün alyans, tələb etməyindən asılı olmayaraq, heç vaxt imtina etməyəcəyimiz azadlığımızın obrazıdır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti