Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/
İsmayıllı rayon icra başçısı müavininin sürücüsünün meyidi meşədən tapılıb.
İsmayıllı Rayon Prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 28 yaşlı Vüqar Ağayevin meyidi Qaraməryam-İsmayıllı- Şəki magistral yolunun 32-ci kilometrliyində, rayonun Xənəyə kəndi ərazisində - yoldan 100-150 metr kənarda meşəlikdə aşkar olunub.
Onun alnında güllə yarası aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məlumata görə, Ağayev İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədovun sürücüsü olub.