...

Azərbaycanda parlament seçkilərində namizəd qismində 359 nəfər qeydiyyatdan keçib

Siyasət Materials 5 Oktyabr 2010 17:14 (UTC +04:00)
Bu günə Azərbaycanda parlament seçkilərində namizəd qismində 359 nəfər qeydiyyatdan keçib. Bu barədə çərşənbə axşamı MSK sədri Məzahir Pənahov Komissiyanın iclasında bildirib.
Azərbaycanda parlament seçkilərində namizəd qismində 359 nəfər qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu günə Azərbaycanda parlament seçkilərində namizəd qismində 359 nəfər qeydiyyatdan keçib. Bu barədə çərşənbə axşamı MSK sədri Məzahir Pənahov Komissiyanın iclasında bildirib.

"Azərbaycanda parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparmağa hazır olan 1399 namizəd dairə seçki komissiyalarına müraciət edib. Onlardan 1355 nəfər MSK-dan imza vərəqələri götürüb, 634 nəfər artıq onları dolduraraq Mərkəzi Seçki Komissiyasına təqdim edib", - Pənahov deyib.

Azərbaycan Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Bu günədək MSK seçkilərin gedişini izləmək üçün 944 yerli müşahidəçini qeydiyyata alıb.

MSK-nın çərşənbə axşamı keçirilən iclasında parlament seçkiləri ilə bağlı müraciətlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti