...

"Parlament – 2010" seçki monitorinqi koalisiyası Azərbaycanda müşahidəçilər üçün treninqlərə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Oktyabr 2010 14:26 (UTC +04:00)
Cümə günü "Parlament - 2010" seçki monitorinqi koalisiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçilər missiyası üçün treninqlər keçirməyə başlayıb.
"Parlament – 2010" seçki monitorinqi koalisiyası Azərbaycanda müşahidəçilər üçün treninqlərə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

RED: əlavəsi:şəkillər əlavə olunub.

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Hacıyev/

Cümə günü "Parlament - 2010" seçki monitorinqi koalisiyası Azərbaycanda keçiriləcək Parlament seçkilərində müşahidəçilər missiyası üçün treninqlər keçirməyə başlayıb.

Treninqlər ölkənin doqquz rayonunu əhatə edəcək.

"Parlament - 2010" seçki monitorinqi koalisiyası qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda keçiriləcək Parlamnet seçkilərinin gedişini müşahidə etmək məqsədilə yaradılıb.

Koalisiyanın vəzifəsinə azad, ədalətli seçkilərin keçirilməsinə köməyin göstərilməsi, ictimaiyyəti seçki prosesi haqqında məlumatlandırmaq daxildir.

Koalisiyanın fəaliyyəti 80 seçki dairəsini əhatə edəcək. Seçki prosesini müşahidə etmək üçün 3 minə yaxın insan cəlb ediləcək.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti