...

Azərbaycanda deputatlığa namizədlərin 87%-i kişidir – MSK sədri

Siyasət Materials 12 Oktyabr 2010 19:14 (UTC +04:00)
Bu günə 608 nəfər Azərbaycanda Parlament seçkilərinə namizəd kimi qeydə alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının iclasında onun sədri Məzahir Pənahov deyib.
Azərbaycanda deputatlığa namizədlərin 87%-i kişidir – MSK sədri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir М.Əliyev/

Bu günə 608 nəfər Azərbaycanda Parlament seçkilərinə namizəd kimi qeydə alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının iclasında onun sədri Məzahir Pənahov deyib.

"Dairə seçki komissiyalarına 1 115 nəfər ərizə vərəqələrini dolduraraq təqdim edib ki, onların 87%-i kişidir", - Pənahov deyib.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Çərşənbə axşamı MSK-nın iclasında Parlament seçkiləri ilə bağlı müraciətlərə baxılıb, həmçinin, dairə seçki komissiyalarının tərkibinə bir sıra dəyişikliklər edilib. Pənahovun sözlərinə görə, hazırda MSK-ya 175 müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti