...

Türkmənistan Prezidenti Ukrayna və Polşada baş vermiş qəzalarla əlaqədar başsağlığı verib

Siyasət Materials 14 Oktyabr 2010 16:18 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Ukrayna və Polşa prezidentləri Viktor Yanukoviç və Bronislav Komorovskiyə çoxsaylı insan tələfatına səbəb olan qəza ilə bağlı başsağlığı verib.
Türkmənistan Prezidenti Ukrayna və Polşada baş vermiş qəzalarla əlaqədar başsağlığı verib

Türkmənistan, Aşqabad, 14 oktyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Ukrayna və Polşa prezidentləri Viktor YanukoviçBronislav Komorovskiyə çoxsaylı insan tələfatına səbəb olan qəza ilə bağlı başsağlığı verib.

Ukraynada baş vermiş yol qəzası 40 nəfərdən çox insanın ölümünə səbəb olub. Oktyabrın 12-də Dnepropetrovsk vilayətində Marqanes şəhərində dəmiryol keçidində qatarla 50 nəfəri aparan avtobus toqquşub.

Həmin gün Ukrayna ilə qonşu olan Polşada da Varşavanın 80 kilometrliyində dəhşətli yol qəzası baş verib. Furqonun mikroavtobusla toqquşması nəticəsində 17 nəfər həlak olub.

Berdiməhəmmədov həlak olan və xəsarət alanların doğmalarına da başsağlığı verib. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti