...

Azərbaycan Prezidenti Mingəçevir Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 15 Oktyabr 2010 03:02 (UTC +04:00)
Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə gəliblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Mingəçevir Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə gəliblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, stansiyadakı 6 maşın qurğusunun hər birinin gücü 70 meqavata çatdırılmaqla stansiyanın ümumi gücü 320 meqavatdan 420 meqavata qaldırılacaqdır. Bu artım su sərfi dəyişmədən mümkün olacaqdır. Avadanlıq Fransanın "Areva" şirkətindən alınır, tikinti-quraşdırma işlərini isə yerli "Azenko" şirkəti aparır. Layihə çərçivəsində stansiyanın yarımstansiyası tamamilə yenidən qurulacaq, idarəetmə məntəqəsinin yeri dəyişdiriləcək və tam avtomatlaşdırılacaqdır.

Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti