...

Azərbaycan Prezidenti Niderlandın Baş nazirini təbrik edib

Siyasət Materials 18 Oktyabr 2010 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Ryutteni təbrik edib
Azərbaycan Prezidenti Niderlandın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Mark Ryutteni təbrik edib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Niderland Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Mark Ryutteyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti