...

Azərbaycan Prezidenti Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 21 Oktyabr 2010 20:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidənqurulması məqsədi ilə Ağcabədi, İmişli, Saatlı, və Qusar rayon icra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində, o cümlədən Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm layihələr həyata keçirilib.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağcabədi-Qaradolaq-Kəbirli, 41 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Qaravəlli-Mirili və 20 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Məzrəli avtomobil yollarının əsaslı təmiri və bərpası üzrə hazırlıq işləri aparılır.

Eyni zamanda, Qusar rayonunun turizm və aqrar potensialından səmərəli istifadənin gücləndirilməsi məqsədilə 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolu qısa müddətdə tikilərək istifadəyə verilib, bu işlərin davamı olaraq, dağlıq ərazilərdəki 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun yenidənqurulmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti