...

Azərbaycan Parlamenti 2011-ci il Dövlət Büdcəsi layihəsini qəbul edib

Siyasət Materials 22 Oktyabr 2010 13:17 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi cümə günü keçirilən iclasında 2011-ci il Dövlət Büdcəsi layihəsini 104 “lehinə” və 5 “əleyhinə” olmaqla qəbul edib.
Azərbaycan Parlamenti 2011-ci il Dövlət Büdcəsi layihəsini qəbul edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisi cümə günü keçirilən iclasda 2011-ci il Dövlət Büdcəsi layihəsini 104 "lehinə" və 5 "əleyhinə" olmaqla qəbul edib.

2011-ci ildə Azərbaycanın Dövlət Büdcəsinin gəlirləri 2010-cu illə müqayisədə 4,8 faiz artaraq, 12,061 milyard manat (ÜDM-in 30 faizi), xərcləri 3,9 faiz artaraq 12,748 milyard manat (ÜDM-in 31,7 faizi) həcmində olub. 2011-ci ildə Azərbaycanın Dövlət Büdcəsinin kəsri 687 milyon manat və ya ÜDM-in 1,7 faizi həcmində proqnozlaşdırılır.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Parlamentdəki müzakirələrdən sonra, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Xidmətinin dərman preparatları almaq üçün vəsaitlərinin həcmi 500 min manat, Parlamentin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün isə 440 min manat artırılıb.

Xəbər lenti

Xəbər lenti