...

Azərbaycanda deputatlığa namizədlərin pulsuz efir vaxtında əsassız iddialar səsləndirilir - MSK sədri Məzahir Pənahov

Siyasət Materials 25 Oktyabr 2010 20:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədlərin seçki debatlarındakı bəzi hərəkətlərinə iradını bildirib.
Azərbaycanda deputatlığa namizədlərin pulsuz efir vaxtında əsassız iddialar səsləndirilir - MSK sədri Məzahir Pənahov

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədlərin seçki debatlarındakı bəzi hərəkətlərinə iradını bildirib.

"Dəyirmi masa"larda xoşagəlməz ənənələr hiss edirəm. Müəyyən insanlarla bağlı əsassız, təsdiqini tapmamış iddialar səslənir. Bu cür hərəkətlərdə cinayət elementləri var. O insanların səhv hərəkət etdiklərini diqqətlərinə çatdırmalıyıq", - Trend-in məluamtına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bazar ertəsi keçirilən iclasında sədr Məzahir Pənahov bildirib.

MSK sədri namizədlərin yerli-yersiz vaxtı dayandırmasına da iradını bildirib.

"Hesab edirəm ki, biz bura hansısa limit qoymalıyıq. Bizim bu fikrimiz çox ciddi şəkildə "dəyirmi masa"ya gələnlərə çatdırılmalıdır, xüsusilə, İctimai Televiziyaya bu çatdırılmalıdır. Bu cür hallar davam edərsə, MSK qərar qəbul etməlidir ki, namizədə söz verilərkən danışmaq istəməsə, 15 saniyəsi silinsin", - Pənahov deyib.

MSK-nın qərarı ilə bütün deputatlığa namizədlər İctimai Televiziyada 4 dəqiqəlik pulsuz efir vaxtı qazanıb.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti