...

İlham Əliyev Avstriya Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 25 Oktyabr 2010 20:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Avstriya Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində bundan sonra da inkişaf edəcəkdir", - təbrik məktubunda qeyd olunub.

İlham Əliyev Haynts Fişerə ən xoş arzularını yetirib, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti