...

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Siyasət Materials 26 Oktyabr 2010 20:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib.
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, bu gün yeni məzmun kəsb etməkdə olan Azərbaycan-Türkmənistan münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim öz inkişafını ardıcıl şəkildə davam etdirəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Qurbanqulu Məlikquliyeviçə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti