...

Azərbaycandakı seçkilərdə MDB PAA-nın müşahidə missiyasına RF Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edəcək

Siyasət Materials 27 Oktyabr 2010 16:51 (UTC +04:00)
Azərbaycandakı Parlament seçkilərində RF Federasiya Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyası Bakıya noyabrın əvvəllərində gələcək.
Azərbaycandakı seçkilərdə MDB PAA-nın müşahidə missiyasına RF Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycandakı Parlament seçkilərində RF Federasiya Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyası Bakıya noyabrın əvvəllərində gələcək.

Missiya 26 müşahidəçidən ibarət olacaq. Qrupa MDB PAA üzvü olan ölkələrin parlamentlərinin deputatları və MDB PAA-nın ekspertləri daxildir. Bu barədə Trend-ə MDB PAA Demokratiyanın, Parlamentarizmin, Vətəndaşların Seçki Hüquqlarına Əməl Olunması Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialından bildiriblər.

Missiyanın üzvləri ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, Azərbaycanın MSK və dairə seçki komissiyalarına baş çəkəcəklər.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti