...

Cənubi Qafqazın ekspertləri regionun Avropaya yaxınlaşması ilə bağlı vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 29 Oktyabr 2010 11:00 (UTC +04:00)
Oktyabrın 29-da Tbilisidə "Biz Avropaya yaxınlaşırıqmı?" adlı konfrans keçiriləcək. "Gürcüstan, Ermənistan və Azərbaycanın iqtisadi və sosial siyasəti" araşdırmasının nəticələri ilə bağlı tədbirdə gürcü ekspertlərlə yanaşı, Ermənistan və Azərbaycandan olan ekspertlər də təmsil olunacaqlar.
Cənubi Qafqazın ekspertləri regionun Avropaya yaxınlaşması ilə bağlı vəziyyəti müzakirə edəcəklər

Gürcüstan, Tbilisi, 29 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Oktyabrın 29-da Tbilisidə "Biz Avropaya yaxınlaşırıqmı?" adlı konfrans keçiriləcək. "Gürcüstan, Ermənistan və Azərbaycanın iqtisadi və sosial siyasəti" araşdırmasının nəticələri ilə bağlı tədbirdə gürcü ekspertlərlə yanaşı, Ermənistan və Azərbaycandan olan ekspertlər də təmsil olunacaqlar.

Qonaqlar layihə çərçivəsində nəşr olunan kitabın köməyi ilə araşdırmaların nəticələri ilə ətraflı tanış olmaq imkanı qazanacaqlar.

İqtisadi Problemlərin Araşdırılması Mərkəzi 2010-cu ilin fevralından "Biz Avropaya yaxınlaşırıqmı?" layihəsini həyata keçirir.

Layihə Cənubi Qafqaz ölkələrində iqtisadi və sosial islahatların gedişatı, bu ölkələrin sosial-iqtisadi vəziyyətinin müqayisəsi, sosial standartların Avropa standartlarına nə dərəcədə yaxınlaşmasının qiymətləndirilməsini qarşıya məqsəd qoyub. Layihədə Gürcüstan, Ermənistan və Azərbaycandan 19 ekspert iştirak edir.

Tədbir oktyabrın 29-da saat 15:00-da "Dzveli Tbilisi" mehmanxanasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti