...

Ukraynanın müdafiə naziri Tbilisiyə səfər edir

Siyasət Materials 3 Noyabr 2010 13:08 (UTC +04:00)
Bu gün Ukraynanın müdafiə naziri Mixail Yejel Tbilisiyə ikigünlük rəsmi səfər edir. Bu barədə Trend-ə çərşənbə günü Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib. Bu gün Yejelin gürcü həmkarı Baço Axalaya ilə görüşü olacaq.
Ukraynanın müdafiə naziri Tbilisiyə səfər edir

Gürcüstan, Tbilisi, 3 noyabr /Trend,müxbir N.Kirsxaliya/

Bu gün Ukraynanın müdafiə naziri Mixail Yejel Tbilisiyə ikigünlük rəsmi səfər edir. Bu barədə Trend-ə çərşənbə günü Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib. Bu gün Yejelin gürcü həmkarı Baço Axalaya ilə görüşü olacaq.

Müdafiə naziri sabah 1992-1993-cü illərdə Abxaziyada aparılan müharibədə Gürcüstanın vahidliyi və bötüvlüyü uğrunda mübarizədə həlak olan qəhrəmanların xatirə abidəsi önünə əklilqoyma mərasimində iştirak edəcək. Həmçinin Ukraynanın müdafiə naziri Gürcüstan Milli Təhlükəsizlik Şurası rəhbərliyinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti