...

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 3 Noyabr 2010 17:41 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və Türkiyənin milli müdafiə naziri Vecdi Gönül arasındakı görüş zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və Türkiyənin milli müdafiə naziri Vecdi Gönül arasındakı görüş zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Bu barədə çərşəndə günü Müdafiə Sənayesi Nazirliyinin rəsmi internet saytında yayılan xəbərdə bildirilib.

Xəbərdə o da qeyd olunub ki, görüş zamanı müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin yaranması, fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib.

Türkiyənin milli müdafiə naziri Vecdi Gönül səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusu Kılıc da iştirak edib.

Çərşənbə axşamı Türkiyənin müdafiə naziri Vecdi Gönülün Bakıya səfəri başlayıb.

Səfər çərçivəsində Türkiyənin müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Xəbər lenti

Xəbər lenti