...

Deputalığa namizədlərin son siyahısı şənbə günü elan olunacaq – Azərbaycan MSK rəhbəri

Siyasət Materials 5 Noyabr 2010 17:44 (UTC +04:00)
Bu günə seçki bülletenlərinə 690 namizədin adı daxil edilib. Bu barədə cümə günü jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Deputalığa namizədlərin son siyahısı şənbə günü elan olunacaq – Azərbaycan MSK rəhbəri

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir М.Əliyev/

Bu günə seçki bülletenlərinə 690 namizədin adı daxil edilib. Bu barədə cümə günü jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, namizədlərin son siyahısı noyabrın 6-da elan olunacaq.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

"Məcburi köçkünlərin səs verəcəyi doqquz müvəqqəti dairənin hər birində digər seçki dairələrində olan şərait yaradılacaq", - Pənahov deyib.

Xəbər lenti

Xəbər lenti